İyulun 22-də Quba Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə bölgə məşqçiləri üçün seminar keçiriləcək.
İdman.biz xəbər verir ki, məşğələləri cüdo mütəxəssisləri Orxan Səfərəli, Asiman Allahverdiyev, eləcə də Yunanıstandan dəvət olunmuş tanınmış ekspert Corc Bountakis keçirəcək.
Seminarın azərbaycanlı mütəxəssisləri Yaponiyada cüdo üzrə təhsil alıblar.
İdman.biz