İDMAN.BİZ ALMANİYADAN: Cüdo zalı hazırlanır, Azərbaycan yığması məşqlərə başlayıb - FOTO

Xəbərlər
21 İyul 2025 15:29
56
İDMAN.BİZ ALMANİYADAN: Cüdo zalı hazırlanır, Azərbaycan yığması məşqlərə başlayıb - FOTO

İyulun 23-də Almaniyanın Reyn-Rur bölgəsində Ümumdünya Yay Universiadasında cüdo yarışlarına start veriləcək.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yarış Essendə multiforumun əsas idman məkanı - Messe Essendə keçiriləcək.

Artıq təşkilatçılar arenanın hazırlanmasına başlayıblar. Bundan başqa, cüdo turniri daha əvvəl Universiadada bədii gimnastların çıxış etdiyi zalda keçiriləcək.

Cüdo üzrə Azərbaycan yığması bir neçə gün əvvəl Essen şəhərinə gəlib və artıq məşqlərə başlayıb. Komandanın heyətində Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzoyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (52 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) yer alıblar.

Proqram bəlli olsa da, püşkatma hələ baş tutmayıb.

İyunun 23-də Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.

Növbəti gün Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq) və Aytac Qardaşxanlı (70 kq) mübarizə aparacaq.

İyulun 25-də isə Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) çıxış edəcəklər.

Komanda yarışları iyulun 26-da keçiriləcək.

Zəki Feyzullayev
İdman.biz