Avqustun 16-da Masallı Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Cənub bölgəsi üzrə region birinciliyi start götürüb.
Bu barədə İdman.biz-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışda Cənub regionunu təmsil edən 5 komandadan 71 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdman.biz