Sentyabrın 23-də Milli Gimnastika Arenasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində 10 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
İdman.biz xəbər verir ki, turnirin ikinci günü qadınlar arasında -70 kq. çəki dərəcəsində 2 cüdoçumuz, kişilər arasında isə -73 kq. və -81 kq. çəki dərəcələrində 8 cüdoçumuz güclərini sınayacaq.
İlkin görüşlər saat 09:30-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Cüdoçularımızın ilk rəqiblərini təqdim edirik:
Qadınlar
-70 kq.
Südabə Ağayeva - Darya Xramiykina (Fərdi Neytral İdmançılar)
Günel Həsənli - Eliza Vroblevska (Polşa)
Kişilər
-73 kq.
Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)
Nurlan Osmanov - Dioqo Sezar (Qvineya-Bisau)
Rəşid Məmmədəliyev - Aksus Benyamin (Fransa)
Telman Vəliyev - Fey Niya (Qambiya)
-81 kq.
Zelim Tçkayev - Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev - Aybol Nissanali (Qazaxıstan)
Elcan Şəfiyev - Şamil Borçaşvili (Avstriya)
Məmmədrza Hacızadə - Mariya Cose Mendiola İzquyeta (İspaniya)
İdman.biz