Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar.
İdman.biz-in məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri və yaxınları qarşılayıblar.
Qeyd edək ki, paracüdoçular qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.
İdman.biz