Hidayət Heydərov: “Növbədə Olimpiadanın qızıl medalıdır” - VİDEO

Xəbərlər
20 May 2024 20:45
721
Hidayət Heydərov: “Növbədə Olimpiadanın qızıl medalıdır” - VİDEO

"Vazzariyə qədər hər şey qaydasında gedirdi".

İdman.bizin Abu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu cüdo üzrə dünya çempionu Hidayət Heydərov (73 kq) deyib.

Abu-Dabidə Azərbaycan himnini səsləndirən millinin lideri finalda yaponiyalı rəqibini məğlub etməsini xüsusi qeyd edib: "Buraya Avropa çempionu kimi gəlmişdim. Finala yüksələcəyimi gözləyirdim. Cüdonun vətəni Yaponiyadır. Dünya çempionu olmaq üçün məhz yapon idmançını məğlub etmək istəyirdim. Finala xüsusi hazırlaşmışdım. Düzdür, 30 saniyə qalmış yıxıldım, rəqib xal qazandı. Döyüşdən əvvəl Olimpiya çempionu Elnur Məmmədli nə olursa-olsun təslim olmamağı məsləhət görmüşdü. Sona az qalmış qələbə qazandım. Bunu bacardığım üçün çox xoşbəxtəm. Bu il Avropa və dünya çempionu tiltullarını qazanmışam. Növbədə Olimpiya Oyunlarının qızıl medalıdır".

Hidayət çox xoşbəxt olduğu deyib. O, tarixlər yazacağını bildirib: "Çox xoşbəxtəm. Bunu ifadə etmək istərdim. Hər bir insanın yalnız idmanda deyil, digər sahələrdə də bu hissləri yaşamasını istərdim. Dünya çempionu olub, tarix yazdım. Olimpiya çempionu da olmaq arzusundayam. Hələ tarixlər yaza-yaza gedəcəyik".

Qeyd edək ki, Hidayət finalda yaponiyalı Tatsuki İşiharaya ippon fəndi ilə qalib gəlib.

Zəki Feyzullayev, Abu-Dabi
İdman.biz