Astanadan 3 "bürünc" və 17-ci yer

Xəbərlər
12 May 2024 19:12
126
Astanadan 3 "bürünc" və 17-ci yer

Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışı yekunlaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması turniri 3 bürünc medalla başa vurub.

Millimizin heyətində Elcan Hacıyev (90 kq), Vüqar Talıbov (90 kq) və Kamran Süleymanov (66 kq) mükafatçılar sırasında yer alıblar. Daha 5 cüdoçumuz medalın 1 addımlığında mübarizəni dayandıraraq, 5-ci olub. Bu nəticə ilə Azərbaycan “Böyük Dəbilqə”ni 17-ci pillədə başa vurub.

Yaponiya yığması (2-0-4) medal sıralamasında 1-ci yeri tutub. İtaliya (1-1-2) ikinci, Çin (1-1-1) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması mayın 19-23-də Abu-Dabidə keçiriləcək dünya çempionatında iştirak edəcək.

İdman.biz