Azərbaycan cüdo tarixində yeni rekord

Xəbərlər
15 Sentyabr 2023 14:04
184
Azərbaycan cüdo tarixində yeni rekord

Azərbaycan cüdo tarixində yeni rekord qeydə alınıb.

Bu barədə İdman.biz-ə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.

O bildirib ki, Bakıda təşkil ediləcək “Böyük Dəbilqə”yə qatılacaq idmançıların sayına görə ilk rəsmiləşəcək: “Azərbaycanda keçiriləcək yarışda 65 ölkədən 486 idmançı mübarizə aparacaq. Bu, yeni bir rekorddur. Hazırda hava limanında qonaqları qarşılama prosesinə start verilib. Hələlik idmançıların sayı bu qədərdir, rəqəmin artması da istisna deyil”.

Qeyd edək ki, sentyabrın 22-24-də baş tutacaq “Böyük Dəbilqə” Milli Gimnastika Arenasında keçiriləcək.

Ağa Dadaşzadə

İdman.biz