Kata üzrə ilk dəfə ölkə birinciliyi keçirilib - FOTO

Xəbərlər
2 May 2024 15:04
Kata üzrə ilk dəfə ölkə birinciliyi keçirilib - FOTO

İlk dəfə cüdo idman növündə kata üzrə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə təşkil olunan yarışda 12 cütlük (Tori və Uke) medallar uğrunda mübarizə aparıb.

Birincilikdə cüdoçular yalnız katanın “Nage no Kata” növündə fəndləri nümayiş etdirib.

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak edib.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birincilinin təltifetmə mərasimində idmançılara uğurlar arzulayıb və qaliblibləri təbrik edib: “Kata üzrə bu cür yarışların təşkil edilməsi, cüdo idman növünün daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə Azərbaycan cüdoçularının beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə Azərbaycan cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək.”

Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məzunları olmasını xüsusi qeyd edib: “Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə qurulmuş əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb: “Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasını gətirib çıxaracaq”.

Mükafatçılar:

Qızıl medal
Sadiq Abdullayev (Tori)
Rəcəb Əkbərov (Uke)

Gümüş medal
Cavanşir Comərdov (Tori)
Fazil Hüseynov (Uke)

Bürünc medal
Ayxan İslamlı (Tori)
İsmayıl Rəhimli (Uke)

Rəsul Əmirzadə (Tori)
Elvin Məmmədov (Uke)

5-ci yer
İsa Allahverdiyev (Tori)
Hüseyn Vəliyev (Uke)

Zidan Bəşirov (Tori)
Tunar Cəfərov (Uke)

İdman.biz

Məqalədə: