Cüdo üzrə on səkkiz yaşlı yeniyetmələr arasında region birinciliyi start götürüb

Xəbərlər
7 Avqust 2023 12:12
Cüdo üzrə on səkkiz yaşlı yeniyetmələr arasında region birinciliyi start götürüb

Cüdo üzrə on səkkiz yaşlı yeniyetmələr arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi start götürüb.

Bu barədə İdman.biz-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avqustun 7-də İsmayıllı Olimpiya İdman Kompleksində 18 yaşadək yeniyetmə cüdoçular arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi keçirilir.

Region birinciliyində şimal-qərb regionunu təmsil edən 11 komandadan 132 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdman.biz