Gənc cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb

Xəbərlər
23 Fevral 2024 12:39
115
Gənc cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb

Bu gün 21 yaşa qədər gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 100 cüdoçu gücünü sınayacaq.

Qızlar arasında 52 kq və 63 kq çəki dərəcələrində, oğlanlar arasında isə 55 kq, 66 kq, 81 kq və 100 kq çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Yarış fevralın 24-nə qədər davam edəcək.

İdman.biz

Məqalədə: