Zelim Tkçayev: “Ona ustalıq baxımından uduzduğumu bilirəm”

Müsahibə
17 Fevral 2024 20:47
546
Zelim Tkçayev: “Ona ustalıq baxımından uduzduğumu bilirəm”

“Qələbəyə görə çox xoşbəxtəm. Bu, Bakıdakı "Böyük Dəbilqə"də ikinci uğurumdur”.

Bunu İdman.bizə Bakıda keçirilən "Böyük dəbilqə"nin qalibi Zelim Tçkayev (81 kq) deyib.

O, finalda yığmadakı komanda yoldaşı Ömər Rəcəbli üzərində qələbəsinə münasibət bildirib: “Onunla güləşmək heç də asan deyildi. Hər gün birlikdə məşq edirik və bir-birimizi yaxşı tanıyırıq. Bu səbəbdən hər hansı taktika qurmaq çətin idi”.

Tçkayev əldə olunan qızıl medaldan sonra özünü rahat hiss etdiyini deyib: “Ötən il Bakıda qazandığım uğur Dünya Cüdo Turunda ilk qələbəm idi. Artıq özümü daha rahat hiss edirəm. Məşqçi ilə var gücümlə çalışıram və bu effekt verir”.

Zelim yığmanın heyətində Səid Mollayi ilə rəqabətinə də toxunub: “O, böyük idmançıdır və həmkarıma böyük hörmət bəsləyirəm. Səidə ustalıq baxımında uduzduğumu bilirəm və bunun üzərində daha çox işləməliyəm. Bizim rəqabətimiz Olimpiya Təsnifat mərhələsinin sonuna kimi davam edəcək”.

Qeyd edək ki, Tçkayev bu gün Bakı Böyük Dəbilqə turnirinin finalında Ömər Rəcəbliyə qalib gələrək, çempion olub.

İdman.biz

Məqalədə: