Naxçıvanda yeniyetmə cüdoçuların region birinciliyi keçiriləcək

22 Aprel 2026 16:08
168
Naxçıvanda yeniyetmə cüdoçuların region birinciliyi keçiriləcək

25-26 aprel tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikası bölgəsi üzrə region birincilikləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışlarda ümumilikdə 92 cüdoçu tatamiyə çıxacaq. Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, turnir Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq.

İdman.Biz