Azərbaycan cüdoçuları Avstriyadakı beynəlxalq turniirdə 7 cüdoçu ilə təmsil olunacaqlar

3 Mart 2026 22:40
151
Azərbaycan cüdoçuları Avstriyadakı beynəlxalq turniirdə 7 cüdoçu ilə təmsil olunacaqlar

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

İdman.Biz bildirir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Murad Muradlı

-66 kq
Ruslan Paşayev
İslam Rəhimov

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

İdman.Biz