Dekabrın 13-14-ü tarixlərində cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, turnirdə 55 klub və idman cəmiyyətindən 169 cüdoçu ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaq.
Yarışın ilk günündə fərdi, ardınca isə komandalararası mübarizə baş tutacaq.
Qeyd edək ki, yarışın təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-dan etibarən başlayacaq.
.
