Bakı İdman Sarayında təşkil olun Cüdo üzrə Azərbaycan çempionatının son günündə komanda yarışları keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda qadınlar arasında 5, kişilər arasında isə 7 komanda kubok uğrunda mübarizə aparacaq. Qadın cüdoçular -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, kişilər isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ümumilikdə 80 cüdoçu qüvvəsini sınayacaq.
Təsnifat görüşlərinə saat 10:00-da start veriləcək, final bloku isə saat 17:00-da başlayacaq. Azarkeşlər turniri arenada canlı izləyə biləcəklər və giriş sərbəst olacaq.
Qeyd edək ki, ölkə çempionatı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.
