İmişlidə yeni cüdo zalı istifadəyə verilib - FOTO

Xəbərlər
13 Noyabr 2025 22:31
30
İmişlidə yeni cüdo zalı istifadəyə verilib - FOTO

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İmişlidə yeni fəaliyyətə başlamış cüdo zalına baxış keçirib.

İdman.Biz bildirir ki, səfər çərçivəsində məşq prosesi və yaradılmış şəraitlə tanış olunub, məşqçi heyəti və idmançılarla görüşülərək onların fikirləri dinlənilib.

Qeyd olunub ki, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin fiziki və mənəvi cəhətdən sağlam inkişafına töhfə vermək ACF-in əsas prioritetlərindən biridir.

Görüş zamanı İmişli rayonunda, eləcə də ümumilikdə regionda cüdonun inkişaf perspektivləri müzakirə olunub və bu istiqamətdə həyata keçiriləcək əlavə tədbirlər barədə müvafiq tapşırıqlar verilib.

İdman.Biz