III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəldi - YENİLƏNİB

Xəbərlər
4 Oktyabr 2025 12:10
55
III MDB Oyunları: Azərbaycanın 12 cüdoçusu finala yüksəldi - YENİLƏNİB

Azərbaycanın 12 cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, onlardan 7-si oğlan, 5-i qız idmançılardır.

Oğlanlardan Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Məhəmməd Ağakişiyev (81 kq), Sübhan Axundov (+90 kq), qızlardan Sunay Salamova (40 kq), Gülşən Hüseynova (44 kq), Könül Eyvazlı (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Nəzakət Vəliyeva (57 kq) həlledici raunda yüksəliblər.

11:32

Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.

İdman.biz