Bakıda cüdo məşqçiləri üçün seminar keçirilib - FOTO

Xəbərlər
30 Sentyabr 2025 23:11
31
Bakıda cüdo məşqçiləri üçün seminar keçirilib - FOTO

Bakıda cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı çərçivəsində “osaekomi-waza” mövzusunda seminar keçirilib.

İdman.biz bildirir ki, seminar Azərbaycan Cüdo Federasiyasının təlimatçıları Rafiq Nəcəfov, İbrahim Aslanov və Əmrah Əhmədovun rəhbərliyi ilə keçirilib.

Seminarda saxlama texnikalarının düzgün qurulması, nəzarətin qorunması və xilasolma üsulları praktiki formada işlənilib.

İdman.biz