Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib - FOTO

Xəbərlər
4 Oktyabr 2025 12:25
50
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib - FOTO

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.

İdman.biz xəbər verir ki, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.

Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan - Özbəkistan oyunundan sonra bəlli olacaq.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

İdman.biz