NHL oyunları Avropada

Xəbərlər
23 Avqust 2025 15:11
39
NHL oyunları Avropada

NHL müntəzəm çempionatı oyunlarının keçirilə biləcəyi Avropa ölkələri açıqlanıb.

İdman.biz xəbər verir ki, 2025/26 mövsümündə “Pittsburq” və “Neşvill” komandaları İsveçdə iki matç oynayacaqlar.

Qarşılaşmalar noyabrın 14 və 16-da Stokholmda "Avicii Arena"da baş tutacaq.

NHL kommissionerinin müavini Bill Deyli mövzu ilə bağlı bunları deyib: “Biz "Global Series"i daimi tədbirə çevirmişik. Gələcəkdə də bu təcrübəni davam etdirməyi və yeni, qeyri-ənənəvi bazarları əhatə etməyi planlaşdırırıq ki, liqamızı daha da genişləndirək.

Əgər hansı ölkələri nəzərdən keçirdiyimizi soruşsanız, Almaniyanı mütləq namizədlər sırasına daxil edərdim. Bəlkə, İsveçrəni də. Bu layihəni davam etdirmək istədiyimiz yerlər var".

İdman.biz

Məqalədə: