DÇ-2028-in ev sahibi - Fransa

Xəbərlər
25 May 2024 01:13
285
DÇ-2028-in ev sahibi - Fransa

2028-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı bəlli olub.

İdman.biz xəbər verir ki, mundial Fransada təşkil olunacaq.

Bu barədə Beynəlxalq Hokkey Federasiyasının Konqresində qərar çıxarılıb. Fransa tarixində 3-cü dəfə dünya çempionatının ev sahibi olacaq. Bundan əvvəl fransalılar 1951-ci və 2017-ci illərdə mundialı təşkil ediblər. 16 komandanın iştirakı ilə baş tutacaq turnirin oyunları Paris və Lion şəhərlərində keçiriləcək.

Qeyd edək ki, çempionat 2025-ci ildə İsveç və Danimarkada, 2026-cı ildə İsveçrə, 1 il sonra isə Almaniyada olacaq.

İdman.biz