“Boston” NHL rekorduna imza atıb

Xəbərlər
1 Yanvar 2024 10:23
“Boston” NHL rekorduna imza atıb

“Boston” Milli Hokkey Liqasında (NHL) tarixi nəticəyə imza atıb.

İdman.biz xəbər verir ki, komanda 2023-cü ildə müntəzəm çempionatda 32 səfər qələbəsi qazanıb.

Bu, turnirin tarixində rekord göstəricidir. Bundan əvvəlki rekord “Çikaqo”ya məxsus olub. “Bləkhous” 2013-cü ildə 31 dəfə səfərdən qələbə ilə dönüb.

Qeyd edək ki, “Boston” 2023-cü ilin son matçında Detroyta yollanıb. Komanda rəqibini 5:3 hesabı ilə məğlub edib.

İdman.biz