Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
İdman.biz AZƏRTAC-a əsasən xəbər verir ki, kişi həndbolçular arasında təşkil olunacaq yarışda 5 komanda mübarizə aparacaq.
Azərbaycandan “Kür”, “Bakı” və “Qarabağ”, Özbəkistandan OQMK, Qazaxıstandan isə “Astana” qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir avqustun 30-dan sentyabrın 3-dək davam edəcək.
İdman.biz