“Bakı”nın rəqibi müəyyənləşib

Xəbərlər
23 May 2025 09:11
36
“Bakı”nın rəqibi müəyyənləşib

Kişi həndbolçuların Azərbaycan kubokunda yarımfinal mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, ikinci finalçı "Kür" və "Azəryol" arasında oyunda müəyyənləşib.

Fasiləyə 1 xal irəlidə yollanan (18:17) Mingəçevir klubu üstünlüyü əldən verməyib. Nəticədə 33:29 hesabı ilə qalib gələn “Kür” həlledici matça vəsiqə qazanıb.

Qeyd edək ki, mingəçevirlilər finalda "Bakı"nın rəqibi olacaq.

İdman.biz