Azərbaycan kubokunun qalibi müəyyənləşib - FOTO

Xəbərlər
24 May 2025 13:41
78
Azərbaycan kubokunun qalibi müəyyənləşib - FOTO

Kişi həndbolçuların Azərbaycan kuboku yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Bakı" və "Kür" qarşılaşıblar.

Mingəçevir həndbolçuları fasiləyə 1 xal üstün yollanıblar - 11:10. İkinci hissədə "Bakı" oyunda dönüş yaratmağa çalışsa da, istəyinə çatmayıb. Yekunda 20:19 hesabı ilə qalib gələn "Kür" ölkə kubokuna sahib çıxıb.

İdman.biz