Avropa birinciliyində qalmaqal - məşqçimiz ədalətsizliyə dözməyib - VİDEO

Xəbərlər
28 İyul 2025 22:10
225
Avropa birinciliyində qalmaqal - məşqçimiz ədalətsizliyə dözməyib - VİDEO

Serbiyanın Zlatibor şəhərində keçirilmiş məktəblilər arasında boks üzrə Avropa çempionatı zamanı qalmaqal baş verib.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, münaqişə Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevlə yerli boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı yaşanıb.

Qarşılaşmanı idarə edən şimali makedoniyalı hakim Stefan Tsubalevskinin idarəçiliyindən narazı qalan azərbaycanlı məşqçi əvvəlcə ona sözlə etiraz edib. Daha sonra isə məşqçi ikinci raundda rinqə çıxaraq, referini boğmağa başlayıb.

Nəticədə döyüş dayandırılıb, azərbaycanlı boksçuya məğlubiyyət verilib. Bununla da Maystoroviç qızıl, Ağakişiyev gümüş medal alıb.

Azərbaycan Boks Federasiyasından verilən açıqlamaya görə, Yusif Ağakişiyevlə Viktor Maystoroviçin final görüşündə idman etikasına uyğun hərəkət etmədiyinə görə, texniki direktor Hamza Avezovla bağlı qanunveriliciyə uyğun addım atılacaq: "Döyüşdə şimali makedoniyalı hakim Stefan Kuba Tsubalevski qərəzli yanaşıb, şəxsi maraqlarını üstün tutub və saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən alıb, onu çempionluqdan məhrum edib. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlanır".

İdman.biz