Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu növbəti avrokubok oyununu keçirib.
İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsində ilk matça çıxıb.
Bakı klubu Ukrayna təmsilçisi “Qaliçanka” ilə üz-üzə gəlib. Rəqib komandanın meydan sahibi sayıldığı görüş “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutub. Matçın ilk yarısından təşəbbüsü ələ alan ukraynalılar görüşdə 13 top fərqi ilə qələbə qazanıb – 33:20.
Qeyd edək ki, komandalar arasında cavab görüşü də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq. Sabah baş tutacaq qarşılaşma saat 12:00-da başlayacaq. “Qarabağ” bu oyunun meydan sahibi olacaq.
Avropa kuboku
3-cü mərhələ, ilk oyun
16 noyabr
“Qaliçanka” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) – 33:20 (14:10)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İdman.biz