Həndbol yığması Bolqarıstana məğlub olub

Xəbərlər
13 Oktyabr 2023 18:45
145
Həndbol yığması Bolqarıstana məğlub olub

17 yaşadək həndbolçu qızlardan ibarət Azərbaycanın millisi növbəti oyunda uduzub.

İdman.biz saytı xəbər verir ki, A qrupunda yer alan yığma Bolqarıstana 25:48 hesabı ilə məğlub olub.

Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy"nin ilk matçında təmsilçilərimiz meydan sahibləri ilə üz-üzə gəlmişdilər. Qarşlaşma Kosova komandasının 49:8 hesablı qələbə ilə yekunlaşmışdı.

Qrupda keçirilən hər iki oyunda uduzan milli sonuncu yeri tutaraq, pley-offa yüksələ biıməyib.

İdman.biz