“Kür” heyətinə daha bir həndbolçu qatıb

Xəbərlər
31 Oktyabr 2025 09:21
53
“Kür” heyətinə daha bir həndbolçu qatıb

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Kür” daha bir həndbolçunu sıralarına cəlb edib.

Bu barədə İdman.Biz-ə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mingəçevir təmsilçisi ötən mövsüm “Qarabağ”ın şərəfini qoruyan Leyla İbrahimova ilə bir illik anlaşıb.

Həndbolçu 66 nömrəli formanı geyinəcək.

İdman.Biz