Həndbol millimizin VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib

Xəbərlər
26 Oktyabr 2025 15:24
37
Həndbol millimizin VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisi Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Qeyd edək ki, qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.

İdman.Biz