Beynəlxalq dərəcəli hakimlərimiz Serbiya - Litva oyununu idarə edəcək

Xəbərlər
15 Oktyabr 2025 09:21
45
Beynəlxalq dərəcəli hakimlərimiz Serbiya - Litva oyununu idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından (EHF) təyinat alıblar.

İdman.biz AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsinin Serbiya - Litva qarşılaşmasını idarə edəcəklər.

Oyun oktyabrın 16-da Belqradın "Voydovaç" İdman Mərkəzində keçiriləcək.

İdman.Biz