Azərbaycanlı gimnast: "Biz tarixi nəticələr qazanmağı çox sevirik" - VİDEO

Xəbərlər
18 İyul 2025 23:59
55
Azərbaycanlı gimnast: "Biz tarixi nəticələr qazanmağı çox sevirik" - VİDEO

Azərbaycan gimnastları 2025-ci il Ümumdünya Universitet Oyunlarında ilk qızıl medalın sevincini yaşayırlar.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qrup hərəkətləri komandanın üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

"Biz Dünya Universiadasının ilk medalını qazana bildiyimiz üçün çox xoşbəxtik. Azərbaycan qrup komandası üçün isə bu tarixi medaldır. Bu yarış həm də komandamızın dünya çempionatına hazırlığın mərhələlərindən biridir", deyə - Ağalarzadə bildirib.

Gimnast bu medalın digər Azərbaycan idmançılarını da motivasiya edəcəyinə ümid etdiyini vurğulayıb: "Bizim komandada bir ənənədir, biz tarixi nəticələr qazanmağı çox sevirik. Ümid edirik ki, bu medal digər idmançılarımızı da Universiadada uğurla çıxış etməsi üçün motivasiya olacaq. İnanıram ki, Universiada ümumilikdə Azərbaycan üçün uğurlu olacaq. Əvvəlki çıxışlarımızda xırda səhvlərimiz oldu. Sabah daha da yaxşı çıxış etmək istəyirik və səhv etməməyə çalışacağıq".

Qeyd edək ki, sabah Azərbaycan qrup komandası daha iki yarışda medallar uğrunda mübarizə aparacaq.

Zəki Feyzullayev
İdman.biz