İyulun 16-27-də Almaniyanın Reyn-Rur bölgəsində keçiriləcək Universiadada Azərbaycan gimnastları Kamilla Seyidzadə və İlona Zeynalova fərdi proqramda çıxış edəcəklər.
İdman.biz xəbər verir ki, onlar çoxnövçülükdə yarışacaq və eyni zamanda ayrı-ayrı növlərdə finala yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Universiadada həmçinin qrup hərəkətləri komandamız da iştirak edəcək. Komandanın heyətində Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyeva yer alır. Qrup hərəkətləri yarışında üç medal dəsti uğrunda mübarizə gedəcək.
Universiadaya beş qrup komandası – Azərbaycan, Ukrayna, Cənubi Koreya, Tayvan və Yaponiya qatılacaq.
Qeyd edək ki, bədii gimnastika yarışları iyulun 17-19-da Essen şəhərində keçiriləcək.
İdman.biz