Gimnastlarımız Dünya kubokunun ümumi hesabında qələbə uğrunda mübarizədə

Xəbərlər
26 İyun 2025 15:20
47
Gimnastlarımız Dünya kubokunun ümumi hesabında qələbə uğrunda mübarizədə

Polşanın Jeşuv şəhərində keçiriləcək akrobatika üzrə Dünya kubokunun sonuncu mərhələsində bütün seriya üzrə ümumi hesabda qaliblər müəyyənləşəcək.

İdman.biz xəbər verir ki, Azərbaycanın Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti Polşada birinci yerə əsas namizədlər sırasındadır.

Həmçinin Dünya kuboku mərhələsində Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovanın təmsil olunduğu qadınlar qrupu çıxış edəcək.

Qeyd edək ki, iyunun 27-29-da keçiriləcək yarışda 13 ölkədən 110-dan çox akrobat çıxış edəcək.

İdman.biz