Almaniya Bakıya geniş heyətlə gəlir

Xəbərlər
10 İyun 2025 15:35
51
Almaniya Bakıya geniş heyətlə gəlir

Almaniya komandası Bakıda keçiriləcək akrobatika üzrə Dünya kubokunun iştirakçıları arasında ən geniş heyətə malik olacaq.

İdman.biz xəbər verir ki, ölkəmizə proqramın müxtəlif növləri - qadın cütlükləri, kişi və qadın qruplarında çıxış edəcək 14 almaniyalı gimnast gələcək.

Qeyd edək ki, iyunun 13-15-də keçiriləcək Dünya kubokunda yeddi ölkədən akrobatlar mübarizə aparacaqlar.

İdman.biz