Dünya çempionatının “beşliy”ində - yığmamız Almaniya, Kanada, Yaponiyadan öndə

Xəbərlər
13 Noyabr 2023 12:22
201
Dünya çempionatının “beşliy”ində - yığmamız Almaniya, Kanada, Yaponiyadan öndə

Birmingemdə keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan millisi komanda hesabında beşinci yeri tutub.

İdman.biz xəbər verir ki, yığma tamblinq yarışında 2 qızıl medal qazanıb.

Öncə Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovla birlikdə komanda birinciliyinin qalibi olan Mixail Malkin fərdi yarışda da dünya çempionu adına layiq görülüb.

Yekun siyahıda Azərbaycan idmançıları İspaniya, Almaniya, Kanada, Portuqaliya, Yaponiya və bir çox başqa ölkələrin gimnastlarını qabaqlayıblar.

Ümumi hesabda ilk “üçlük”də ABŞ (3-3-3), Böyük Britaniya (3-2-5) və Çin (2-3-0) qərarlaşıb.

Zəki Feyzullayev

İdman.biz