Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.
İdman.biz xəbər verir ki, bu uğura tamblinq komandası nail olub.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovdan ibarət heyət bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksəl pilləsində yer alıb. Tamblinq üzrə komanda Azərbaycanın gimnastika tarixində ilk dəfə dünya çempionatı qızılını qazanıb.
Böyük Britaniya ikinci, Danimarka üçüncü yeri tutub.
İdman.biz