Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatıb.
İdman.biz xəbər verir ki, yarışların sonuncu günündə aerobika gimnastikası üzrə Azərbaycan çempionatında yeniyetmələr, gənclər və böyüklər, açıq Bakı birinciliyində isə balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qaliblər müəyyənləşib.
İdman.biz