Gimnaziadanın gümüş medalçısı: “Güclü rəqiblərimizdən geri qalmadıq”

Xəbərlər
31 Oktyabr 2024 17:30
109
Gimnaziadanın gümüş medalçısı: “Güclü rəqiblərimizdən geri qalmadıq”

“Yarış pis keçmədi. Amma bundan da yaxşı alına bilərdi”.

İdman.biz xəbər verir ki, bunu aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Sara Əlixanlı deyib.

Gənc idmançı Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada qazandığı gümüş medalı şərh edib: “Rəqiblərimiz güclü idi. Lakin biz də heç geridə qalmadıq. Bunun nəticəsində də onlara qarşı yaxşı mübarizə apardıq. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Gələn ildən artıq başqa yaş qrupunda iştirak edəcəm. Ümid edirəm ki, mübarizə apardığım yarışlarda yüksək nəticə əldə edə bilərəm”.

Qeyd edək ki, Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskayadan ibarət aerobika gimnastikası üzrə qrup komandamız fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Emin Ağa
İdman.biz