Portuqaliyada iki sınaq

Xəbərlər
3 İyul 2024 11:50
520
Portuqaliyada iki sınaq

Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə iki yarış keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması hər iki turnirdə təmsil olunacaq.

İyulun 5-7-də beynəlxalq “Coimbra Gym Fest” turniri baş tutacaq. Gimnastımız Aleksey Karataşev də yarışda iştirak edəcək.

Bu turnirlə paralel olaraq Koimbrada Dünya kubokunun mərhələ yarışı təşkil olunacaq. Batut gimnastikasında Paris-2024-ə olimpiya lisenziyası qazanmış Selcan Mahsudova da Portuqaliyada qüvvəsini sınayacaq. Tamblinq yarışında dünya çempionu Mixail Malkin, həmçinin bu il Avropa çempionatında komanda hesabında qızıl qazanmış Adil Hacızadə, Tofiq Əliyev və Bilal Qurbanov mübarizə aparacaq.

İdman.biz

Məqalədə: