İki gimnastımız Beynəlxalq İdman Oyunlarında çıxış edəcək

Xəbərlər
24 İyun 2024 16:55
98
İki gimnastımız Beynəlxalq İdman Oyunlarında çıxış edəcək

Rusiyanın Yakutsk şəhərində keçiriləcək bədii gimnastika üzrə “Asiya uşaqları” adlı 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarış iyunun 26-dan iyulun 6-dək davam edəcək. Millimiz turnirdə iki gimnastla təmsil olunacaq. Şəms Ağahüseynova və Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Komandamız yarışa məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanacaq.

Qeyd edək ki, turnirdə azərbaycanlı hakim Səbinə Hacıyeva da iştirak edəcək.

İdman.biz

Məqalədə: