Enqulu: “Azərbaycan gimnastları dünyada özünəməxsus yerə sahibdirlər” - MÜSAHİBƏ

Müsahibə
5 İyun 2024 16:43
118
Enqulu: “Azərbaycan gimnastları dünyada özünəməxsus yerə sahibdirlər” - MÜSAHİBƏ

Kamerunun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti, Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Bakı səfərindan danışıb.

- “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i haqda təəssüratlarınız necədir?

- Tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Həqiqətən, çox zövq alıram. Bu “Challenge”i izləmək, çıxışlara şahidlik etmək, doğrudan, çox xoş təsir bağışlayır.

- Azərbaycanda gimnastikanın inkişafını neə qiymətləndirirsiniz?

- Şübhəsiz, Azərbaycanda gimnastikanın inkişaf səviyyəsi xeyli yüksəkdir. Çünki indiyə qədər heç bir yerdə bu cür təşkilatçılıq görməmişdim. Burda gördüklərimə əsasən belə qənaətə gəldim ki, Azərbaycan gimnastları dünya miqyasında özünəməxsus yerə sahib idmançılardır. Düşünürəm ki, Azərbaycanda gimnastikanın inkişafı üçün yaradılan şəraiti görmək dünya ölkələrinin gimnastika federasiyalarını bu idman növünü öz ölkələrində inkişaf etdirmələri üçün ruhlandıracaq və gəlib sizin təcrübənizi öyrənmək istəyəcəklər.

- Azərbaycandan xatirənizdə ən çox nələr qalacaq?

- Bura ilə bağlı ən çox insanların istiqanlı münasibəti yadımda qalacaq. Bu cür münasibəti başqa heç yerdə görməmişəm. Hətta o qədər istiqanlı yanaşıblar ki, bu günlər ərzində özümü evimdə kimi hiss edirəm. Azərbaycan dövlətinə idmana bu qədər diqqət və qayğı göstərdiyi, inkişafına şərait yaratdığı üçün təşəkkür etmək istəyirəm. Bu, çox əhəmiyyətlidir. Bu səbəbdən inkişaf davam edir.

İdman.biz

Məqalədə: