Yığmamız Avropa çempionatını 1 medalla başa vurub

Xəbərlər
26 May 2024 18:04
192
Yığmamız Avropa çempionatını 1 medalla başa vurub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə qrup hərəkətləri komandamız mükafatçılar sırasına düşə bilməyib.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət Azərbaycan millisi iki finalda mübarizə aparıb. Komandamız (33,350 bal) 3 lent və 2 halqa ilə çıxışında 4-ci pilləni tutub. Bu növdə qızıl medalı İspaniya qazanıb. İsrail 2-ci, Ukrayna isə 3-cü yeri tutub.

5 halqa ilə çıxışda millimiz 36,600 balla 6-cı olub. İtaliya gimnastları qızıl, İspaniya gümüş, İsrail bürünc medal qazanıb.

Azərbaycan yığması Avropa çempionatını 1 medalla başa vurub. Yarışın ilk günündə yeniyetmə gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar.

Qeyd edək ki, qrup hərəkətləri komandası Olimpiadaya vəsiqə əldə edib.

İdman.biz