"İdman Paytaxtı"nda nənələr və nəvələri üçün gimnastika məşğələləri - VİDEO

Xəbərlər
18 May 2024 22:13
92
"İdman Paytaxtı"nda nənələr və nəvələri üçün gimnastika məşğələləri - VİDEO

Mayın 18-də 2024-cü ilin "İdman Paytaxtı" Quba şəhərində gimnastika məşğələləri keçirilib.

İdman.biz xəbər verir ki, məşğələlər nənələr və nəvələri üçün təşkil olunub.

Quba Olimpiya İdman Kompleksində baş tutan təlimdə nənələr nəvələri ilə gimnastika mütəxəssisinin rəhbərliyi altında müxtəlif maraqlı və əyləncəli gimnastika, isinmə, rəqs hərəkətlərini yerinə yetiriblər.

İdman.biz