Saşa Veliçkoviç: “Azərbaycanda gimnastikanın inkişafı yüksək səviyyədədir”

Müsahibə
18 May 2024 16:08
95
Saşa Veliçkoviç: “Azərbaycanda gimnastikanın inkişafı yüksək səviyyədədir”

"Çox gözəl, əsl çempionlara layiq mərkəziniz var".

İdman.biz xəbər verir ki, bunu Serbiya Gimnastika Federasiyasının prezidenti Saşa Veliçkoviç deyib.

Bakıda ustad dərsi keçən bədən tərbiyəsi üzrə elmlər doktoru Milli Gimnastika Arenasına valeh olduğunu bildirib. Veliçkoviçin sözlərinə görə, ilk dəfədir burada dərs keçir: "Yaxşı məşqçilərinizin və mütəxəssislərinizin olduğu artıq mənə məlumdur. Bir çox məşqçiyə təlim keçmişəm və aydın olub ki, Azərbaycanda gimnastikanın inkişafı yüksək səviyyədədir. Bu dəfəki ustad dərslərimizdə gimnastların bələd olduğu hissələrdə var idi. Düşünürəm ki, gənc gimnastlarımız üçün vacib olan şeyləri təkrarlamaq həmişə lazımdır".

O, Azərbaycan Gimnastika Federasiyası, Gənclər və İdman Nazirliyinin Serbiyada gimnastikanın inkişafına böyük dəstək göstərdiyini vurğulayıb: "Bunun üçün sizə təşəkkür edirəm. Sadə bir mühazirə keçməklə bizə göstərilən dəstəyə qarşılıq vermək istədim. Uşaqlarınız istedadlıdırlar. Sizin çalışqan xalq olduğunuzu bilirəm. Çalışqanlıq yüksək nəticələr əldə etməyin, çempion olmağın ən etibarlı yoludur".

İdman.biz