Qrup hərəkətləri komandasına «AGF Trophy» mükafatı - VİDEO

Xəbərlər
21 Aprel 2024 18:05
Qrup hərəkətləri komandasına «AGF Trophy» mükafatı - VİDEO

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası "AGF Trophy" mükafatına layiq görülüb.

İdman.biz xəbər verir ki, mükafat Bakıda keçirilən Dünya kubokunun yekunlarına görə təqdim olunub.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız beynəlxalq turniri 2 medalla başa vurub. Gimnastlarımız çoxnövçülükdə və 5 halqa ilə çıxışda bürünc qazanıb.

Fərdi yarışlarda Dünya kubokunda 4 qızıl və 1 bürünc qazanan Darya Varfolomeyeva da "AGF Trophy" mükafatına sahib çıxıb.

İdman.biz

Məqalədə: