Avropa çempionatına hazırlıqla bağlı iclas - Bakıda

Xəbərlər
2 Mart 2024 19:07
110
Avropa çempionatına hazırlıqla bağlı iclas - Bakıda

Azərbaycanda təşkil olunacaq “TeamGym” üzrə Avropa çempionatına hazırlıqla bağlı koordinasiya iclası keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda turnirə hazırlıq məsələləri müzakirə olunub.

Görüşdə Avropa Gimnastikasının “TeamGym” üzrə Texniki Komitəsinin prezidenti Per Sjostrand, komitənin üzvü İnara İsrafilbəyova, qurumun idman koordinatoru Maykl Alger, media rəhbəri Tina Gerets, eləcə də AGF-nin baş katibi Nurlana Məmmədzadə və idman direktoru Natalya Bulanova iştirak ediblər.

Qeyd edək ki, “TeamGym” üzrə Avropa çempionatı oktyabrın 16-19-da keçiriləcək.

İdman.biz

Məqalədə: