Yığmamızın məşqçisi Hindistan klubuna hazırlıq keçir

Xəbərlər
30 Yanvar 2024 11:52
107
Yığmamızın məşqçisi Hindistan klubuna hazırlıq keçir

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Dilbər İbrahimova Hindistana yollanıb.

İdman.biz xəbər verir ki, o, öz təcrübəsini “Kalaakar” bədii gimnastika klubunun təmsilçiləri ilə bölüşür.

İbrahimovanın rəhbərliyi ilə keçirilən təlim-məşqlər fevralın 6-dək davam edəcək.

İdman.biz

Məqalədə: