Avropa Gimnastikasının İcraiyyə Komitəsi ilin ilk iclasını keçirib

Xəbərlər
29 Yanvar 2024 17:25
103
Avropa Gimnastikasının İcraiyyə Komitəsi ilin ilk iclasını keçirib

Avropa Gimnastikasının İcraiyyə Komitəsi qurumun prezidenti Fərid Qayıbovun rəhbərliyi altında 2024-cü ildə ilk iclasını keçirib.

İdman.biz xəbər verir ki, Sürixdəki toplantıda bir sıra qərarlar qəbul olunub.

Qarşıdakı illərdə müxtəlif qitə çempionatlarına ev sahibliyi üçün sifarişlərin qəbuluna start verilib. Söhbət aerobika üzrə AVRO-2025, bədii gimnastika və batut gimnastikası üzrə AVRO-2026, həmçinin digər beynəlxalq yarışlardan gedir. Aerobika üzrə Avropa yaş qrupları üzrə yarışları bu növdəki qitə çempionatına daxil edilib.

Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası iyunda Dublində keçiriləcək.

İdman.biz

Məqalədə: